Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı icon

Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Реклама:

Download 266.05 Kb.
TitleDövlət qulluqçularının əmək haqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Page1/4
Date conversion21.05.2013
Size266.05 Kb.
TypeDocuments
Source
  1   2   3   4

Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək, onların fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə və «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»na və «Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının dövlət orqanlarında (prokurorluq, milli təhlükəsizlik, sərhəd xidməti, daxili işlər, gömrük, vergi orqanları, feldyeger rabitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi və Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları və digər orqanların nümayəndəlikləri istisna olmaqla) qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün — 350 min manat, yardımçı vəzifələr üçün — 150 min manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları bu Sərəncamın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»nun 2.4-cü və 2.5-ci bəndlərinə əsasən müəyyən edilən dövlət qulluğu vəzifələrinin aylıq vəzifə maaşlarının məbləğləri 1 — 4-cü kateqoriya dövlət orqanlarında həmin orqanların rəhbərləri tərəfindən, 5 — 7-ci kateqoriya dövlət orqanlarında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla, həmin orqanların rəhbərləri tərəfindən bu Sərəncamın əlavəsinə uyğun olaraq müəyyənləşdirilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti 1 ay müddətində:

    • bu Sərəncamın tətbiqi ilə bağlı qanunvericilik aktlarında müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    • bu Sərəncam qüvvəyə minənədək vəzifə maaşları müvafiq icra hakimiyyəti orqanları işçilərinin vəzifə maaşlarına uyğun müəyyən edilən, lakin dövlət qulluqçusu olmayan işçilərin vəzifə maaşlarının əvvəlki məbləğləri saxlanılmaq şərtilə onların əməyinin ödənilməsinin tənzimlənməsi üçün təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    • «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin yeni əsasnamələrinin layihələrini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    • dövlət orqanlarında şöbə və sektorların yaradılması üçün tələb olunan ştat vahidlərinin minimum say normativlərini müəyyən etsin;

    • Azərbaycan Respublikasının dövlət orqanlarının reyestrinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    • bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Sərəncamla dövlət qulluqçuları üçün müəyyən edilən vəzifə maaşları mövcud vəzifə maaşlarından az olduğu hallarda, dövlət orqanlarında qulluq edən dövlət qulluqçularına həmin orqanlarda və həmin vəzifələrdə işlədikləri dövr ərzində, əvvəlki və sonrakı vəzifə maaşlarının və qanunvericiliklə vəzifə maaşlarına faizlə müəyyən edilən əlavələrin fərqi vəzifə maaşlarının növbəti artımınadək ödənilsin.

6. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə müvafiq olaraq, qulluqkeçmə haqqında xüsusi qanunlar qəbul edilənədək dövlət orqanlarında qulluq edən dövlət qulluqçuları üçün nəzərdə tutulmuş qulluq stajına görə əlavə haqqın, müavinətlərin, mükafatların verilməsi ədliyyə və xarici işlər orqanlarında (Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi və Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları və digər orqanların nümayəndəlikləri istisna olmaqla) dövlət qulluğunda çalışan şəxslərə də tətbiq edilsin.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsində «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən yeni əmək haqqı sisteminin tətbiqi ilə bağlı nəzərdə tutulmuş xərclərin təşkilatlar və iqtisadi təsnifat üzrə bölgüsünü həyata keçirsin.

8. Bu Sərəncam 2004-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 10 avqust 2004-cü il

347

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 avqust 2004-cü il, № 8, maddə 634) («VES Consultancy» LLC).

6 mart 2006-cı il tarixli, 378 nömrəli; 22 iyun 2006-cı il tarixli, 421 nömrəli fərmanlara və 22 iyun 2006-cı il tarixli, 1530 nömrəli Sərəncama əsasən dəyişiklik və əlavələrlə («VES Consultancy» LLC).

23 yanvar 2007-ci il tarixli, 1909 nömrəli Sərəncama əsasən (3-cü bənd istisna olmaqla) qüvvədən düşmüşdür («VES Consultancy» LLC).

^ Azərbaycan Respublikası
Prezidentinin
2004-cü il 10 avqust tarixli,
347 nömrəli Sərəncamına

Əlavə 1

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı işçilərinin

Vəzifə maaşları

^ Vəzifələrin adları

Vəzifə maaşları (min manat)

İnzibati vəzifələrin təsnifatı üzrə:

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri

7500

Azərbaycan Respublikasının Dövlət müşaviri

6600

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri; Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin müavini

6400

Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının aparıcı şöbəsinin müdiri; Azərbaycan Respublikası Prezidentinin müşaviri, köməkçisi, mətbuat katibi, Protokol xidmətinin rəisi

6200

Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini

4000

Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini

3800

Azərbaycan Respublikası Prezidenti İcra Aparatının aparıcı şöbəsinin müdir müavini; Azərbaycan Respublikası Prezidentinin mətbuat katibinin müavini; Azərbaycan Respublikası Prezidenti İcra Aparatının köməkçi şöbəsinin müdiri

3600

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin köməkçisi; Azərbaycan Respublikası Prezidenti İcra Aparatının köməkçi şöbəsinin müdir müavini

2700

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında sektor müdiri; Azərbaycan Respublikası Prezidentinin Katibliyində sektor müdiri

2400

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində şöbə müdiri

2200

Azərbaycan Respublikası Dövlət Müşavirinin köməkçisi

2150

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində şöbə müdirinin müavini

2100

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində sektor müdiri

2050

Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin köməkçisi

1950

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Azərbaycan Respublikası Prezidentinin Katibliyində:

    • baş məsləhətçi

2250

    • böyük məsləhətçi

2150

    • aparıcı məsləhətçi

2050

    • məsləhətçi

2000

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində:

    • baş məsləhətçi

2000

    • böyük məsləhətçi

1950

    • aparıcı məsləhətçi

1900

    • məsləhətçi

1850

Yardımçı vəzifələrin təsnifatı üzrə:

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Azərbaycan Respublikası Prezidentinin Katibliyində, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində texniki vəzifələr tutan:

    • baş mütəxəssis (korrektor, stenoqrafçı, arxivarius, montajçı, sürücü, fotoqraf, videooperator, kinooperator, qrup rəhbəri və s.)

740

    • böyük mütəxəssis (makinaçı, inspektor, kitabxanaçı, xəzinədar, komendant, anbar müdiri və s.)

690

    • aparıcı mütəxəssis (kargüzar, katibə, ekspeditor və s.)

640

    • mütəxəssis (kuryer, ixtisas dərəcəsi olan fəhlə və s.)

595
  1   2   3   4

Add document to your blog or website
Реклама:

Similar:

Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı iconDövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alıram

Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı iconAzərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli, 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 — 2012-ci illər üçün Dövlət Proqramı»nın...

Place this button on your site:
Documents

The database is protected by copyright ©kz1.denemetr.com 2000-2013

send message
Documents