Şizofreniya 1 Bugünkü gündə şizofreniyanın etiopatogenezində hansı faktorlar əhəmiyyətli hesab olunur? icon

Şizofreniya 1 Bugünkü gündə şizofreniyanın etiopatogenezində hansı faktorlar əhəmiyyətli hesab olunur?

Реклама:



Download 1.69 Mb.
TitleŞizofreniya 1 Bugünkü gündə şizofreniyanın etiopatogenezində hansı faktorlar əhəmiyyətli hesab olunur?
Page2/22
Date conversion02.06.2013
Size1.69 Mb.
TypeDocuments
Source
1   2   3   4   5   6   7   8   9   ...   22

^ 47) Şizofreniyanın debütündə aşağıdakılardan hansı müşahidə edilmir?

A) Artan introversiya

B) Öz səhhətinə ifrat dərəcədə diqqət

C) Düşüncənin qısamüddətli pozulması

D) Doğma və yaxınlara olan münasibətin dəyişməsi

E) Fəlsəfə və dinə marağın yaranması

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004


^ 48) Şizofreniya üçün səciyyəvi olmayanı hansıdır?

A) Düşüncə və qavrama sahəsində pozuntular olur

B) Gedişat əhəmiyyətli dərəcədə müxtəlifliyi ilə fərqlənir

C) Sağalma tam və ya demək olar ki, tam ola bilməz

D) Prosessual xəstəlikdir

E) Bir qayda olaraq gənc yaşlarda yaranır

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004


^ 49) Sibslərdən (bacı/qardaş) biri xəstədirsə, şizofreniyaya genetik meyllilik riski neçə faizdir?

A) Əkiz olmayan sibs üçün 10%

B) Bütün cavablar yanlışdır

C) Diziqot əkiz olan sibs üçün 15%

D) Monoziqot əkiz olan sibs üçün 45%

E) Bütün cavablar doğrudur

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г


^ 50) Şizofreniyanın kəskin epizodunun başlanğıc dövrü üçün aşağıdakılardan hansı xarakterik deyil?

A) Təqib sayıqlama ideyaları

B) Affektin kəskin enməsi

C) Fikirlərinin özünə məxsus olmaması

D) Şərhedici hallüsinasiyalar

E) Depressiv-paranoid simptomatika

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004


^ 51) Hebefrenik şizofreniya zamanı şizofreniyanın ümumi meyarları ilə yanaşı hansı simptomlar qeyd edilir?

A) Emosional qeyri-adekvatlıq və təfəkkürün parçalanması

B) Emosional kasadlığı və qeyri-mütəşəkkil davranış

C) Emosional kasadlıq və məqsədsiz, yöndəmsiz davranış

D) Emosional qeyri-adekvatlıq və məqsədsiz, yöndəmsiz davranış

E) Bütün cavablar doğrudur

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, КЛАСС V МЕЖДУНАРОДНОЙ КЛАССИФИКАЦИИ БОЛЕЗНЕЙ (10-й ПЕРЕСМОТР); КЛАССИФИКАЦИЯ ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.


^ 52) Sadalanan faktorlardan hansı şizofreniyanın proqnozlaşdırılmasında başlıca rol oynamır?

A) Müalicəyə həssaslıq

B) Doğma və yaxınların dəstəyi

C) Xəstəliyin ilkin manifestasiya yaşı

D) Sayıqlama və hallüsinasiyaların olması

E) Funksional adaptasiyanın premorbid səviyyəsi

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г


^ 53) Katatonik şizofreniyaya aşağıda qeyd olunanlardan hansı xas deyil?

A) Ambulator avtomatizm

B) Oyanıqlıq

C) Rigidlik

D) Neqativizm

E) Stupor

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, КЛАСС V МЕЖДУНАРОДНОЙ КЛАССИФИКАЦИИ БОЛЕЗНЕЙ (10-й ПЕРЕСМОТР); КЛАССИФИКАЦИЯ ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.


^ 54) Şizofreniya zamanı daha çox hansı sferanın pozulması baş verir?

A) İntellekt

B) Yaddaş

C) Düşüncə

D) Təfəkkür

E) Bütün sadalananlar

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, КЛАСС V МЕЖДУНАРОДНОЙ КЛАССИФИКАЦИИ БОЛЕЗНЕЙ (10-й ПЕРЕСМОТР); КЛАССИФИКАЦИЯ ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.


^ Affektiv pozuntular


55) XBT-10-nun diaqnostik meyarlarına əsasən, depressiv pozuntuların əlavə simptomlarına aşağıda göstərilənlərdən hansı aid deyil?

A) Özünüdəyərləndirmə və özünə inam hissinin enməsi

B) Diqqət toplama bacarığının enməsi

C) Taqsırkarlıq və alçalma ideyaları

D) Gələcəyə bədbin və ümidsiz baxışlar

E) Maraq və zövqlərin itməsi

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, КЛАСС V МЕЖДУНАРОДНОЙ КЛАССИФИКАЦИИ БОЛЕЗНЕЙ (10-й ПЕРЕСМОТР); КЛАССИФИКАЦИЯ ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.


^ 56) Bupropin hansı sinif antidepressantlara aiddir?

A) Serotonin və noradrenalinin interreseptor udulması seçici inhibitorlara (SNİUSİ)

B) Serotoninin interreseptor udulması seçici inhibitorlara (SİUSİ)

C) Trisiklik antidepressantlara (TSA)

D) Noradrenalin və dofaminin interreseptor udulmasının seçici inhibitorlarına (NDİUSİ)

E) Noradrenalinin interreseptor udulması seçici inhibitorlara(NİUSİ)

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2008


^ 57) 75 kq çəkili pasiyentin bipolyar pozuntusunun müalicəsinin sutkalıq valproat turşusu dozası nə qədərdir?

A) 750-dən 3375 mq-dək

B) 200-dən 1250 mq-dək

C) 750-dən 5500 mq-dək

D) 1000-dən 6000 mq-dək

E) 500-dən 1500 mq-dək

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bipolyar affektiv pozuntunun diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2008


^ 58) Depressiv pozuntunun ilkin müalicəsi nədən ibarətdir?

A) Trisiklik antidepresantlarla (TSA) dərman müalicəsi

B) Serotoninin interreseptor udulması seçici inhibitorlar (SİUSİ) ilə dərman müalicəsi

C) Serotoninin interreseptor udulması seçici inhibitorları (SİUSİ) və trisiklik antidepressantlarla (TSA) kombinasiya edilmiş dərman müalicəsi

D) Serotoninin interreseptor udulması seçici inhibitorları (SİUSİ) və neyroleptiklərlə kombinasiya edilmiş dərman müalicəsi

E) Monoaminoksidazanın (MAO) dönən inhibitorları ilə dərman müalicəsi

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2008


^ 59) İki depressiv epizoddan sonra depressiv pozuntunun residiv ehtimalı nə qədərdir?

A) 30%-ə yaxın

B) 90%-dən çox

C) 20%-ə yaxın

D) 60-75%

E) 10%-dən aşağı

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2008


^ 60) Bipolyar pozuntu çərçivəsində depressiv pozuntunun ilkin müalicəsi nədən ibarətdir?

A) Serotininin interreseptor udulması seçici inhibitoru (SİUSİ) və ECT ilə kombinasiya edilmiş müalicə

B) Serotininin interreseptor udulması seçici inhibitoru (SİUSİ) və atipik neyroleptiklə kombinasiya edilmiş dərman müalicəsi

C) Serotininin interreseptor udulması seçici inhibitoru (SİUSİ) ilə dərman müalicəsi

D) Əhval-ruhiyyə stabilləşdiricisi ilə dərman (normotimik) müalicəsi

E) Əhval-ruhiyyə stabilləşdiricisi və trisiklik antidepresantla (TSA) kombinasiya edilmiş dərman müalicəsi

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bipolyar affektiv pozuntunun diaqnostika və müalicəsi üzrə kliniki protokol, Bakı 2008


61) Psixoterapiyanın hansı metodlarında depressiv pozuntuların müalicəsinin effektliliyi randomizasiya olunmuş plasebo-kontrollu tədqiqatlar vasitəsilə sübuta yetirilmişdir?

A) Hipno-suggestiv terapiya və autotreninq

B) İnterpersonal psixoterapiya və koqnitiv-davranış terapiyası

C) Neyrolinqvistik proqramlaşdırma (NLP) və qısa müddətli psixodinamik terapiya

D) Rocersin yönəlmiş qeyri-direktiv (ekzistensial) terapiya və psixoanaliz

E) Geştalt-terapiya və psixodrama

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Depressiyanın diaqnostika və müalicəsi üzrə kliniki protokol, Bakı 2008


^ 62) II tip bipolyar pozuntu üçün aşağıdakılardan hansı səciyyəvi deyil?

A) Əldə olunan simptomlar şizoaffektiv pozuntu, şizofreniya və başqa psixi pozuntular çərçivəsində dəyərləndirilmir

B) Müayinə zamanı (və/və ya anamnezdə) ən azı bir depressiv epizodun olması

C) Müayinə zamanı (və/və ya anamnezdə) ən azı bir hipo-maniakal epizodun olması

D) Əldə olunan simptomlar kliniki əhəmiyyətli distress kimi dəyərləndirilir və ya sosial, əmək və/və ya başqa vacib həyat fəaliyyəti sahələrində pozuntulara gətirib çıxarır

E) Müayinə zamanı (və/və ya anamnezdə) ən azı bir maniakal epizodun olması

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bipolyar affektiv pozuntunun diaqnostika və müalicəsi üzrə kliniki protokol, Bakı 2008


^ 63) Aşağıda göstərilənlərdən depressiv pozuntu epidemiologiyasına aid olmayanı hansıdır?

A) 2020-ci ilə olan proqnozlara əsasən, depressiya, dünya əhalisinə zərər vurma dərəcəsinə görə, ürəyin işemik xəstəliyindən sonra ikinci yeri tutacaq

B) Depressiyanın birinci epizodundan sonra 10 il müddətində residivlərin göstəricisi 70%-ə çatır

C) Depressiya qadınlar arasında, kişilərlə müqayisədə 2 dəfə çox yayılıb

D) 20% hallarda depressiv pozuntu xroniki hal alır

E) Həyat dövründə depressiyanın yayılma dərəcəsi təqribən 5% təşkil edir

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Depressiyanın diaqnostika və müalicəsi üzrə kliniki protokol, Bakı 2008


^ 64) Aşağıda göstərilənlərdən hansı distimiyanın diaqnostik kriteriyalarına aid deyil?

A) Maniakal və ya hipomaniakal epizodların olmaması

B) Distimiya simptomları qismində sadalanan ən azı üç əlamətin olması

C) Ən azı 2 il müddətində vaxtaşırı intihar fikirlərinin olması (real intihar planların və ya qətllərin olmamağı şərti ilə)

D) Normal əhval-ruhiyyə dövrünün müddəti bir neçə həftədən çox olmur

E) 2 il müddətində yaranmış depressiv epizodlardan heç biri yüngül rekurrent depressiv pozuntu əlamətlərinə cavab vermir (simptomların təzahürü və ya davamlılığına görə)

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, КЛАСС V МЕЖДУНАРОДНОЙ КЛАССИФИКАЦИИ БОЛЕЗНЕЙ (10-й ПЕРЕСМОТР); КЛАССИФИКАЦИЯ ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.


^ 65) Aşağıda sadalananlardan hansını həyəcanlı (təşvişli) depressiyanın daha dəqiq tərifi kimi qəbul etmək olar?

A) Melanxolik depressiyanın sinonimi

B) Depressiyalı xəstələrdə psixomotor oyanma

C) Adinamiya və stuporlu depressiya

D) Əsəbi və qəzəbli depressiya

E) Maniya və disforiya əlamətlərinin uzlaşması (qarışıq vəziyyət)

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004


^ 66) Gün ərzində əhval-ruhiyyənin dəyişməsi aşağıdakılardan daha çox hansına xasdır?

A) Bipolyar pozuntu üçün xarakterik deyil

B) Bipolyar pozuntu depressiv epizod

C) Bipolyar pozuntu, qarışıq epizod

D) Bipolyar pozuntu maniakal epizod

E) Bipolyar pozuntunun intermissiyası

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, КЛАСС V МЕЖДУНАРОДНОЙ КЛАССИФИКАЦИИ БОЛЕЗНЕЙ (10-й ПЕРЕСМОТР); КЛАССИФИКАЦИЯ ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г


67) Bipolyar pozuntusu olan xəstədə yüksək aktivlik, diqqətin yayınması, mənasız maddi israfçılıq, bir gədər köntöy ünsiyyət qeyd olunur. Eyni zamanda, xəstənin davranışı ictimai normalar çərçivəsindən çıxmır. Belə vəziyyətdə aşağıdakı epizodlardan hansı daha çox ehtimal edilir?

A) Qarışıq tipli epizod

B) Hipomaniakal epizod

C) Depressiv epizod

D) Maniakal epizod

E) Bipolyar pozuntunun inermisiya epizodu

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г


^ 68) Aşağıdakılardan hansı bipolyar pozuntunun depressiv epizoduna aid deyil?

A) Yuxusuzluqla müşayiət edilir

B) Bədən çəkisinin artması və ya azalması ilə müşayiət edilir

C) Özünüittiham ideyaları ilə müşayiət edilə bilər

D) Adətən 1-2 həftə davam edir

E) Yazda və ya payızda daha tez-tez əmələ gəlir

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г


^ 69) Bipolyar pozuntunun maniakal epizodu üçün hansı yanlışdır?

A) Dahilik sayıqlaması ilə müşayiət edilir

B) Adətən, depressiyadan daha az davam edir

C) Əksər hallarda düşüncənin pozulması ilə müşayiət edilir

D) Oyanıqlıq və sürətlənmiş nitqlə müşayiət edilir

E) Antipsixotik preparatlar və litium duzları ilə müalicə olunur

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004


70) 35 yaşlı kişi son vaxtlar əsəbi, həddən artıq fəal, məişət məsələlərində düşünlməmiş hərətlərə meylli olmuşdur. Eyni zamanda özündən çox razı olmuş, ona ünvanlanan istənilən iradlara məhəl qoymamış, seksual marağı xeyli artmışdır.Göstərilən əlamətlər daha çox hansı psixi pozuntu üçün xarakterikdir?

A) Şizofreniya

B) Erkən ateroskleroz ağıl zəifliyi

C) Alkoqolizm

D) Bipolyar pozuntu

E) Neyrosifilis

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г


^ 71) Bipolyar pozuntu zamanı hansı düşüncə pozuntusu qeydə alınır?

A) Düşüncənin alaqaranlıq halı

B) Düşüncə pozuntusu xas deyil

C) Deliriy

D) Amensiya

E) Oneyroid

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004


^ 72) Psixopatoloji simptomatikanın olmaması aşağıdakılardan hansı üçün səciyyəvidir?

A) Bipolyar pozuntu – maniakal epizod

B) Bipolyar pozuntu – depressiv epizod

C) Bipolyar pozuntu – intermissiya dövrü

D) Bipolyar pozuntunun bütün epizodlar çərçivəsində qeyd olunur

E) Bipolyar pozuntu üçün xarakterik deyil

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004


^ 73) Xəstə hansı vəziyyətdə ətrafdakılar üçün daha çox təhlükə yarada bilər?

A) Bipolyar pozuntu bütün mərhələlərinin gedişatında qeydə alınır

B) Bipolyar pozuntu – maniakal epizod

C) Bipolyar pozuntu üçün xarakterik deyil

D) Bipolyar pozuntu - depressiv epizod

E) Bipolyar pozuntu – intermissiya dövrü

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004


^ 74) Uşaq və yeniyetmələrdə bipolyar pozuntunu daha çox nədən diferensasiya etmək lazımdır?

A) Diqqətin çatışmazlığı ilə hiperaktivlik sindromundan

B) Rett sindromundan

C) Asberger sindromundan

D) Kanner sindromundan

E) Affektiv şəxsiyyət pozuntusu

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bipolyar affektiv pozuntunun diaqnostika və müalicəsi üzrə kliniki protokol, Bakı 2008


^ 75) Depressiv epizod diaqnozunu qoymaq üçün depressiya əlamətləri neçə müddət davam etməlidir?

A) 2 aydan az olmayaraq

B) 1 aydan az olmayaraq

C) Müddət diaqnostik əhəmiyyət daşımır

D) 1 həftədən az olmayaraq

E) 2 həftədən az olmayaraq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2008


^ 76) Maniakal epizodun müalicəsində istifadə olunmayan preparat hansıdır?

A) Litium duzları

B) Olanzapin

C) Karbamazepin

D) Metilfenidat

E) Natrium Valproat

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bipolyar affektiv pozuntunun diaqnostika və müalicəsi üzrə kliniki protokol, Bakı 2008


^ 77) Hallüsinasiyalar aşağıdakılardan hansı üçün tipik deyil?

A) İnfeksion psixoz

B) Psixotik əlamətlərlə maniakal epizod

C) Şizoaffektiv pozuntu

D) Alkoqol psixozu

E) Şizofreniya

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г


^ 78) Uşaq və yeniyetmələrdə bipolyar pozuntunu necə müalicə edirlər?

A) İnsulin-şok terapiyası ilə

B) Elektrik-cəngolma terapiyası

C) Qeyd olunan bütün vasitələrlə

D) Bütün cavablar yanlışdır

E) Nootrop preparatlarla

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г


^ 79) Maniakal epizodda hərəkət aktivliyinin artması necə adlanır?

A) Ajitasiya

B) Ambulator avtomatizm

C) Raptus

D) Stupor

E) Hiperbuliya

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г


^ 80) Litiumun qəbulu zamanı ən yaxşı profilaktik təsir hansı xəstəliyə məruz qalmış pasiyentlərdə müşahidə edilir?

A) Qeyd olunan bütün pozuntulara

B) Bipolyar pozuntuya

C) Şizofreniyaya

D) Rekurrent depressiyaya

E) Obsessiv-kompulsiv pozuntulara

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bipolyar affektiv pozuntunun diaqnostika və müalicəsi üzrə kliniki protokol, Bakı 2008


^ 81) “Psixotik əlamətlərsiz maniya epizodu” diaqnozunu qoymaq üçün ən azı nə qədər müddət tələb olunur?

A) Dörd həftə

B) Üç həftə

C) Beş həftə

D) Bir həftə

E) İki həftə

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г


^ 82) Bipolyar affektiv pozuntunun ilkin epizodu neçə yaşında yaranır?

A) 10-15 yaşda

B) Bütün yaş qruplarında rast gəlmə ehtimalı eynidir

C) 20-40 yaşda

D) 60 yaşdan yuxarı

E) 50 yaşdan yuxarı

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bipolyar affektiv pozuntunun diaqnostika və mualicəsi uzrə kliniki protokol, Bakı 2008


^ 83) Tipik depressiv epizodların hər 3 ağırlıq səviyyəsinə aşağıdakı kriteriyalardan hansı uyğun deyil?

A) Epizodu istənilən üzvi psixi pozuntu ilə izah etmək olmaz

B) Depressiv simptomlar 2 həftədən çox davam edilməlidir

C) Depressiv epizod 2 həftədən artıq davam etməməlidir

D) Epizodu psixoaktiv maddənin istifadə olunması ilə əlaqəndirmək mümkün deyil

E) Anamnezdə heç vaxt hipomaniakal və maniakal simptomlar olmayır

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г


^ 84) Depressiyaların müalicəsi nəticəsində depressiya əlamətləri keçdikdən sonra antidepressntla terapiyanı neçə müddət davam etdirmək lazımdır?

A) 6 ay və daha çox

B) 2 ay

C) 1 ay

D) 3 həftə

E) Müalicəni dayandırmaq lazımdır

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bipolyar affektiv pozuntunun diaqnostika və müalicəsi üzrə kliniki protokol, Bakı 2008


^ 85) Depressiv vəziyyətin farmakoterapiyasına dayanıqlılığı (rezistentliyi) nə ilə şərtlənə bilər?

A) Sadalananların hamısı ilə

B) Antidepressant dozalarının kifayət etməməsi

C) Orqanizmin fərdi xüsusiyyətləri ilə

D) Xəstə tərəfindən dərman terapiyası rejiminə riayət olunmaması

E) Qeyri-dəqiq diaqnoz

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Depressiyanın diaqnostika və müalicəsi üzrə kliniki protokol, Bakı 2008


86) Litium karbonatın qandakı terapevtik səviyyəsi nə qədər olmalıdır?

A) 8 - 15 mmlo/litr

B) 10 - 20 mmol/litr

C) 0.8 - 1.3 mmol/litr

D) 0.2 - 2.5 mmollitr

E) 0.4 - 0.7 mmol/litr

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bipolyar affektiv pozuntunun diaqnostika və müalicəsi üzrə kliniki protokol, Bakı 2008


87) Aşağıdakı preparatlardan bipolyar pozuntunun maniakal epizodunda effektli təsir göstərməyəni hansıdır?

A) Amitriptilin

B) Karbamazepin

C) Depakin-xrono

D) Litium karbonat

E) Olanzapin

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bipolyar affektiv pozuntunun diaqnostika və müalicəsi üzrə kliniki protokol, Bakı 2008

1   2   3   4   5   6   7   8   9   ...   22

Реклама:

Similar:

Şizofreniya 1 Bugünkü gündə şizofreniyanın etiopatogenezində hansı faktorlar əhəmiyyətli hesab olunur? iconXx əsrin ikinci yarısında dünya iqtisadiyyatında gedən obyektiv iqtisadi proseslərin nəticəsi olaraq beynəlxalq iqtisadi münasibətlərin məzmununda və strukturunda əhəmiyyətli dəyişikliklər baş vermişdir
«Lisenziya» termini latın sözü olub, tərcümədə «hər hansı bir hərəkəti etmək üçün icazə» mənasını verir

Şizofreniya 1 Bugünkü gündə şizofreniyanın etiopatogenezində hansı faktorlar əhəmiyyətli hesab olunur? iconQərar №12 Bakı şəhəri, 17 yanvar 2006-cı il
«Azərbaycan Respublikasının ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının istismarı üzrə müvəqqəti xərc...

Şizofreniya 1 Bugünkü gündə şizofreniyanın etiopatogenezində hansı faktorlar əhəmiyyətli hesab olunur? iconGenc tesebbusleri ve informasia proqramlari monitorinq hesab

Şizofreniya 1 Bugünkü gündə şizofreniyanın etiopatogenezində hansı faktorlar əhəmiyyətli hesab olunur? icon1. Vizual informasiya hansı informasiyadır?

Şizofreniya 1 Bugünkü gündə şizofreniyanın etiopatogenezində hansı faktorlar əhəmiyyətli hesab olunur? icon1. Say sistemləri hansı qruplara bölünür ?

Şizofreniya 1 Bugünkü gündə şizofreniyanın etiopatogenezində hansı faktorlar əhəmiyyətli hesab olunur? iconOperator. Hansı mühakimə doğrudur?

Şizofreniya 1 Bugünkü gündə şizofreniyanın etiopatogenezində hansı faktorlar əhəmiyyətli hesab olunur? iconUşaqlar kompyuterdən hansı yaşda istifadə etməli?

Şizofreniya 1 Bugünkü gündə şizofreniyanın etiopatogenezində hansı faktorlar əhəmiyyətli hesab olunur? iconIы вариант. Hansı söz qoşa “y” ilə yazlır?

Şizofreniya 1 Bugünkü gündə şizofreniyanın etiopatogenezində hansı faktorlar əhəmiyyətli hesab olunur? iconAvropa Qonşuluq Siyasəti: Vətəndaş Dialoqu layihəsi başa çatır
«ekoyl» Elmi-Ekoloji İctimai Birliyi tərəfindən həyata keçirilən layihələr artıq başa çatıb. Bugünkü mətbuat konfransında bu layihələr...

Şizofreniya 1 Bugünkü gündə şizofreniyanın etiopatogenezində hansı faktorlar əhəmiyyətli hesab olunur? iconBölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi

Place this button on your site:
Documents


The database is protected by copyright ©kz1.denemetr.com 2000-2013

send message
Documents